Abid Şərifov: “Bayıl yamacında sürüşmə yağıntının çoxluğu ilə əlaqədardır”
18 avqust 2011 11:26 (UTC +04:00)

Abid Şərifov: “Bayıl yamacında sürüşmə yağıntının çoxluğu ilə əlaqədardır”

0
Lent.az-ın verdiyi məlumata görə, bunu baş nazirinin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifov Bayıl yamacında jurnalistlərə verdiyi açıqlamada söyləyib.

Abid Şərifov deyib ki, bu dəfə Bayıl yamacında sürüşmənin baş verməsi bu il yağıntıların daha çox düşməsi ilə əlaqədardır. Onun sözlərinə görə, yamacın aşağısında aparılan tikintilərin sürüşmədə hər hansı rolu yoxdur: “Çünki tikinti gedən zonalarda bərkitmə işləri tam qaydasında görünür”.

Baş nazirin müavini qeyd edib ki, bu gün bura toplanmalarının məqsədi sürüşmə təhlükəsinin qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilməsidir və bununla bağlı tapşırıqlar verilib.

Abid Şərifov jurnalistlərlə söhbətindən sonra ərazini tərk edib.

Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 635

Oxşar yazılar