Göygöldə uzunqulaq 6 nəfəri qana saldı - TƏFƏRRÜAT
0
0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini Anar Qafarov avqustun 18-də saat 03.00 radələrində Göygöl şəhərində "VAZ 2107" markalı avtomaşını idarə edərkən onu yolun əks istiqamətinə aşırıb. Bu zaman həmin istiqamətdə hərəkətdə olan "VAZ 2104" markalı avtomaşının sürücüsü, Gəncə şəhər sakini Kəyan Əsgərov də idarəetməni itirərək, avtomaşınını yolun kənarındakı ağaca vurub.
Nəticədə A.Qafarovun sərnişini Xəyal Əmirxanov hadisə yerində ölüb. Xəsarət alan sürücü və digər sərnişinləri Günel Əhmədova, Əli Qoşqarov, habelə K.Əsgərov və sərnişini Pərvanə Əliyeva xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisəyə uzunqulaq səbəb olub. Göygöl rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında uzunqulaq qəfildən avtomobillərin yoluna çıxıb. Bu zaman hər iki sürücü qəzadan yayınmaq istəsə də buna nail ola bilməyiblər. A.Qafarovun maşınına çırpılan heyvan hadisə yerində ölüb. Bu zaman zərbənin gücündən avtomobilin ön oturacağında əyləşmiş X.Əmirxanov da ölüb.