Azərbaycanda “Tələbə kartı” tətbiq edilə bilər
19 avqust 2011 17:39 (UTC +04:00)

Azərbaycanda “Tələbə kartı” tətbiq edilə bilər

0
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 23-ə qədər davam edəcək səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəvəti ilə baş tutur.

Səfər zamanı Avropa Gənclər Kartının Azərbaycanda inkişaf potensialı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Avropa Gənclər Kartı 30 yaşa qədər olan gənclər üçün Avropa miqyasında mədəniyyət, səyahət, otel, mal və xidmətlər sahəsində 80 min xidmət növünə endirim və güzəştlərdən yararlanmağa imkan verən sistemdir. Bu kart 40 EYCA (European Youth Kart Assosiation) üzv təşkilatı tərəfindən dünyanın 37 ölkəsində buraxılıb və razılıqla qarşılanıb. Dünya üzrə 4 milyondan çox kart daşıyıcısı tərəfindən istifadə olunur. Azərbaycan Avropa Gənclər Kartı Assosiasiyasına 2010-cu ilin mart ayında qoşulub.

Jarkko Lehikoinen (Finlandiya) 2011-ci ilin iyun ayında Amsterdamda keçirilən konfransında EYCA-nın prezidenti vəzifəsinə seçilib.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 755

Oxşar yazılar