Gədəbəydə ağır yol qəzası: 2 ölü, 7 yaralı
0
0
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
Şəmkir sakini, 1974-cü il təvəllüdlü Eldar Ələkbərovun idarə etdiyi “Toyota-Prado” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onun qardaşı Elmdar Ələkbərov aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. Avtomobildə olan ailənin daha 7 üzvü - Kəmalə, Ələkbər, Murad, Mərmər, Günel, Samirə və Məhərrəm Ələkbərovlar müxtəlif dərəcədə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.