Qubada qardaş qardaşın evini yandırdı
0
0
Hadisə Quba şəhəri 5-ci kvartal ərazisində, 1965-ci il təvəllüdlü Əliməmmədov Tofiq Əzizbala oğluna məxsus mənzildə baş verib.
Quba Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Əzizağa Qasımovun APA-nın yerli müxbirinə verdiyi məlumata görə, hadisə yerinə təcili olaraq yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın zamanı evin qapı və pəncərəsi, eləcə də yataq dəsti tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisə yerində araşdırma aparıldıqdan sonra məlum olub ki, evi Tofiq Əliməmmədovun doğma qardaşı, 1976-cı il təvəllüdlü Rafiq Əliməmmədov qəsdən yandırıb. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.