Vəkil Osman Kazımovun avtomobili soyulub
21 avqust 2011 11:57 (UTC +04:00)

Vəkil Osman Kazımovun avtomobili soyulub

0
Tanınmış vəkil Osman Kazımovun avtomobili soyulub. “Azadlıq” qəzetinin məlumatına görə, hadisə avqustun 18-də Nəsimi rayon Məhkəməsinin önündə baş verib. O. Kazımova məxsus 90 DL 992 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı avtomobilin sağdan arxa pəncərəsi sındırılaraq oturacağın üzərində olan çanta oğurlanıb.

Osman Kazımov qəzetə deyib ki, çantada əsasən cinayət işləri ilə bağlı materialların ksero-surətləri, digər vacib sənədlər, 256 manat və 100 dollar məbləğində pul olub. Vəkil bildirib ki, məhkəmənin gedişatı zamanı soyğunçuluq hadisəsinin baş verdiyi ərazi polis işçiləri ilə əhatələnmiş olur. O, təxminən 3 post-patrul maşınının və çoxlu sayda polisin olduğu Nəsimi Məhkəməsinin önündə saxladığı avtomobilindən bu şəkildə soyğunçuluğun necə baş verdiyini və bunun polislərin gözündən necə yayındığını anlamadığını ifadə edib.

Osman Kazımov hadisə ilə bağlı artıq 20-ci Polis Bölməsinə müraciət etdiyini və bununla bağlı təhqiqatın başlandığını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 611

Oxşar yazılar