Şimal-qərb bölgəsinə leysan ziyan vurdu
0
0
Leysan yağışları Azərbaycanın Zaqatala və Balakən rayonlarında ciddi fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, respublikanın şimal-qərb bölgəsində ötən gün axşam saatlarından başlayaraq, qeyri-sabit hava şəraiti hökm sürüb, leysan yağışları yağıb.
Bölgənin iri çaylarından olan Talaçay, Katexçay, Balakən, Mazım, Silban və Mazıx çaylarında suyun səviyyəsi xeyli artıb. Zaqatala rayon ərazisindən axan Silban çayında suyun səviyyəsinin qalxması nəticəsində çayın Zaqatala şəhər ərazisindən keçən hissəsində əhalinin şəhərə gediş-gəlişini təmin edən piyada körpüsünü dağıdıb, rayonun Mazıx kəndi ərazisindən keçən Mazıx çayının daşması nəticəsində kənddəki bir neçə yaşayış evlərinin həyatyanı sahəsi və fındıq bağları yağış suları ilə dolub. Talaçayında suyun artması nəticəsində isə bir neçə elektrik dirəyini su aparıb. Bu səbəbdən rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Balakən rayon icra hakimiyyətindən verilən məlumata görə, dağlara yağan leysan yağışları nəticəsində rayon ərazisindən axan iri çaylarda daşqın təhlükəsi yaranıb. Katex çayında suyun səviyyəsinin artması nəticəsində çayın kənarındakı qoruyucu bəndləri sel suları dağıdıb. Balakən rayonunda da bir sıra həyətyanı və əkin sahələri suyun altında qalıb.
Hazırda rayonların fövqəladə hallar komissiyasının əməkdaşları və yerli sakinlər leysan yağışları nəticəsində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.