İslam Partiyası üzvlərinin məhkəməsində şahid ifadələri dinlənilib
0
0
Avqustun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri üzvləri – sədr Mövsüm Səmədov, sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, qohumu Dəyanət Səmədov və Zülfüqar Mikayılovun işi üzrə növbəti prosesi keçirilib.
Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımlı bildirib ki, proses şahid ifadələrinin dinlənilməsi ilə davam etdirilib. Vəkil bildirib ki, bir neçə şahidin verdiyi şifahi ifadələrlə onların istintaq zamanı verdiyi yazılı ifadələr uyğun gəlməyib.
Növbəti proses avqustun 24-ə təyin edilib.
Xatırladaq ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli hesab olunurlar.
Anar