Bakıda kütləvi dava, iki qardaşın qanını tökdülər
23 avqust 2011 12:25 (UTC +04:00)

Bakıda kütləvi dava, iki qardaşın qanını tökdülər

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayon Zabrat qəsəbəsində qeydə alınıb.

Şəxsiyyəti hələlik istintaqa məlum olmayan 5 nəfər şəxs Şərur rayon sakini Fail Ağayev və qardaşı Raili döyüblər. Bu zaman naməlum şəxs F.Ağayevə bıçaqla zərbə endirib. Daha sonra isə onlar aradan çıxmağa müvəffəq olublar.

Hər iki qardaş ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxslərin axtarışları davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar