Bakıdakı dəhşətli qəzanın səbəbkarı tutuldu
0
0
Avqustun 22-də Bakının mərkəzində ağır yol qəzası törətdikdən sonra hadisə yerindən qaçmış şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsini törədən “Mercedes S Class”ın sürücüsü müəyyən edilib. Məlumata görə, bu şəxs paytaxt sakini 1992-ci il təvəllüdlü Məmmədzadə Nicat Ruzigar oğludur. Nəsimi rayon Polis İdarəsinin əməkdaşları N.Məmmədzadəni yaxalayaraq istintaqa təhvil veriblər.
Xatırladaq ki, avqustun 22-də saat 18:00 radələrində Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Babək Nəbiyevin idarə etdiyi "Hyundai XG 350" markalı və naməlum sürücünün idarə etdiyi "Mercedes S Class" markalı avtomobillər toqquşub. Daha sonra "Mercedes" yolun kənarında dayanmış "VAZ 21015"ə çırpılıb və yanğın hadisəsi baş verib.
Qeyd edək ki, hadisə zamanı "Hyundai XG 350"-in sürücüsü Babək Nəbiyev hadisə yerində ölüb. B.Nəbiyev akademik Bəkir Nəbiyevin nəvəsidir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə iş başlanılıb.
Nizam RZA