Sabah İctimai Palata üzvlərinə hökm oxuna bilər
24 avqust 2011 18:25 (UTC +04:00)

Sabah İctimai Palata üzvlərinə hökm oxuna bilər

0
Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilov son sözlə çıxış edib. Onlardan heç biri özlərini təqsirli hesab etməyib.

Növbəti proses avqustun 25-ə təyin olunub. Sabah adı çəkilən prosesdə hökm oxuna bilər.

Xatırladaq ki, avqustun 19-da keçirilən prosesdə dövlət ittihamçısı Sahib Kərimovun və Arif Alışlının 4 il 6 ay, Zülfüqar Eyvazlının və Elnur İsrafilovun 4 il, Elşən Həsənovun və Babək Həsənovun 3 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar