Abşeronda dəhşət: oğul anasının, ər arvadının qanını tökdü - TƏFƏRRÜAT
25 avqust 2011 11:27 (UTC +04:00)

Abşeronda dəhşət: oğul anasının, ər arvadının qanını tökdü - TƏFƏRRÜAT

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Quşçuluq massivində yaşayan Əzizov Əkbər Qulu oğlu avtobus dayanacağında həyat yoldaşı Axundova Firəngiz Bəşir qızını bıçaqlayıb. O, işə getmək istəyən həyat yoldaşına hücum edib və ona küçənin ortasında 11 bıçaq zərbəsi endirib. Məlumata görə, 2 övladı olan cütlük bir müddətdir ayrı yaşayırmış. Ə.Əzizov həbsxanaya salınıbmış və o, azadlığa çıxan kimi, həyat yoldaşını öldürmək qərarına gəlib. Lakin Ə.Əzizov 43 yaşlı arvadına çoxsaylı bıçaq zərbələri endirsə də, qadın ölməyib. Ətrafdakı şəxslərin köməkliyi ilə F.Axundova xəstəxanaya çatdırılıb.

Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərində də dəhşətli hadisə yaşanıb. 1990-cı il təvəllüdlü Hüseynov Samir Namiq oğlu anası 1973-cü ildə anadan olmuş anası Hüseynova Sevda Ələddin qızını bıçaqlayıb. Oğul anasının böyrək nahiyəsinə bir neçə zərbə endirib. S.Hüseynova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məlumatda bildirilir ki, anasını bıçaqlayan oğul bir müddət əvvəl ailə həyatı qurub və 10 gün əvvəl onun övladı dünyaya gəlib. Həyat yoldaşı uşağı saxlamaq məsələsində təcrübəsiz olduğundan S.Hüseynov yoldaşını anası evinə göndərib. Lakin bir neçə gündən sonra gəlinlə qayınana arasında yemək məsələsi üstündə narazılıq düşüb. Bundan xəbər tutan 21 yaşlı S.Hüseynov özündən çıxıb və anasını bıçaqlayıb.

Hər iki faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar