Milli Parkın ərazisində dənizdən kişi meyiti çıxdı
03 sentyabr 2011 11:59 (UTC +04:00)

Milli Parkın ərazisində dənizdən kişi meyiti çıxdı

0
Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Saat Qülləsi ilə üzbəüz dənizin içinə gedən körpünün yaxınlığında 70-75 yaşlı kişinin meyiti aşkarlanıb.

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin cəsədini sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 06:47-də başa çatıb. Hazırda həmin şəxsin kimliyi araşdırılır.

Qeyd edək ki, tapılan meyitin üzərində zorakılıq əlaməti olmayıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar