Yol polisi dəhşətli qəza ilə bağlı məlumat yayıb
0
0
İdarənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saat 09.32 radələrində Babək prospektində Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Əzizov Ramin Vilayət oğlu idarə etdiyi “Mersedes” markalı, 90-KU-420 dövlət qeydiyyat nişanlı avtomaşınla idarəetməni itirərək yolu keçən piyadaçı Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Şahverdiyeva Svetlana Ağalar qızını vurub. Sonra isə o maşınla yolun kənarında dayanan Neftçala rayon sakini 1956-cı il təvəllüdlü Mustafayev Nuru Qulu oğlu və onunla birgə yaşayan oğlu 1983-cü il təvəllüdlü Mustafayev Vüsal Nuru oğlunu vurub. Qəza nəticəsində hər üç piyada ölüb.
0
0