Bakıda daha bir ağır qəza: ölən və yaralananlar var
08 sentyabr 2011 10:37 (UTC +04:00)

Bakıda daha bir ağır qəza: ölən və yaralananlar var

0
Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nobel prospektində İsmayılov Elnur Tahir oğlunun idarə etdiyi “VAZ 21 099” ilə, Nuralıyev Zamiq Namiq oğlunun sürdüyü “KİA Optima” toqquşub.

Nəticədə “VAZ 21099”-da olan sərnişin 1957-ci il təvəllüdlü Novruzov Əliş İbrahim oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki sürücü isə nisbətən yüngül xəsarətlərlə canını qurtarıb.

Faktla əlaqədar araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar