Ermənilər işğal olunan ərazilərimizdə yenidən irimiqyaslı yanğınlar törədiblər
0
0
APA-nın Qarabağ bürosunun məlumatına görə, işğal altında olan Xocavənd rayonunun Qarakənd kəndi ərazisində yanğınlar müşahidə olunur. Bir neçə yerdə başlayan yanğınlar böyük sahəni əhatə etməkdədir. Xatırladaq ki, bundan əvvəl də ermənilər dəfələrlə işğal altında saxladıqları ərazilərdə irimiqyaslı yanğınlar törədiblər. Ermənilərin ərazilərə od vurması, meşə fondunu və əkin sahələrini qəsdən məhv etməsi faktı ATƏT-in fakt-araşdırıcı missiyasının hesabatında da öz əksini tapıb.
0
0