Yevlaxda müəmmalı qətl
09 sentyabr 2011 10:37 (UTC +04:00)

Yevlaxda müəmmalı qətl

0
Yevlax rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 8-i saat 18.00 radələrində Nemətabad kəndi yaxınlığında 1978-ci il təvəllüdlü Mahir Kərimovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Meyit ekspertizaya göndərilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi hələlik məlum deyil. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar