DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı
10 sentyabr 2011 13:37 (UTC +04:00)

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

0
Daxili İşlər Nazirliyi sentyabrın 9-da Yasamal rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Taleh Məmmədova xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Məmmədov orada ölüb.

DİN Baş Mühafizə İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində Bakı şəhər sakini Müseyib Cəfərov tərəfindən törədilməsi müəyyən edilib. M.Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd "Makarov" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil verib. M.Cəfərovun tutulması üçün tədbirlər davam etdirilir. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yasamal RPİ tərəfindən aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar