Bakıda dəhşətli qəza: ana və oğlu maşının altında qaldı
Sentyabrın 12-nə keçən gecə Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Təbriz küçəsində “VAZ 2107” markalı avtomobil yolu keçməyə çalışan 1980-ci il təvəllüdlü Abdullayeva Aynur Fazil qızını və onun 5 yaşlı oğlu Abdullayev Fuad İlham oğlunu vurub.
Azyaşlı oğlan aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun anası isə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.
Verilən məlumatda həmçinin bildirilir ki, ilkin araşdırmalar nəticəsində qəzanı törədən şəxs müəyyənləşib. Bu paytaxt sakini 1983-cü il təvəllüdlü İsmayıl Əliyevdir.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Nizam RZA

Oxşar yazılar

Balıqçılar uçquna düşdü, biri öldü – “Həmin vaxt kənd silkələndi”-VİDEO
21 avqust 2025 , 03:26Şəmkirdə zəhərlənən 20 nəfərin vəziyyəti məlum oldu-YENİLƏNİB
21 avqust 2025 , 01:41
Tovuzda bir ailənin 5 üzvü dönərdən zəhərləndi: 3-ü azyaşlıdır
20 avqust 2025 , 23:28
Mingəçevirdə iki maşın toqquşdu
20 avqust 2025 , 22:00
Zərdab sakini həmyerlisini bıçaqladı
20 avqust 2025 , 21:29
Cəlilabadda gənc oğlanın meyiti qohumunun evində tapıldı
20 avqust 2025 , 19:23
Bakıda kişi evinin həyətində ölü tapıldı
20 avqust 2025 , 18:39