7 yaşlı oğlan faciəli şəkildə öldü
12 sentyabr 2011 10:23 (UTC +04:00)

7 yaşlı oğlan faciəli şəkildə öldü

0
Sentyabrın 11-də Bakıda bədbəxt hadisə baş verib. Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yeni Ramana qəsəbəsində 2004-cü il təvəllüdlü Əhmədov Orxan Zamin oğlunu elektrik cərəyanı vurub.

Məlumata görə, 7 yaşlı oğlan yaşadığı evin həyətində bədbəxt hadisə ilə üzləşib. O, ağır vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, orada keçinib.

Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 814

Oxşar yazılar