Bakıda iki yük maşını toqquşdu: 1 ölü
12 sentyabr 2011 14:44 (UTC +04:00)

Bakıda iki yük maşını toqquşdu: 1 ölü

0
Bu gün Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda "Qazel" və "Kamaz" markalı iki yük avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. "Qazel" markalı avtomobilin sürücüsü - 1986-cı il təvəllüdlü İmanov Samir Abbasəli oğlu həlak olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış S.İmanovun cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əməliyyat saat 06:20-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 499

Oxşar yazılar