Bərdədə minik avtomobili ilə yük maşını toqquşub: 1 ölü
13 sentyabr 2011 10:18 (UTC +04:00)

Bərdədə minik avtomobili ilə yük maşını toqquşub: 1 ölü

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Cumalar kəndində yaşayan 1962-ci il təvəllüdlü Bəxtiyarov Raqif Tapdıq oğlu idarə etdiyi “VAZ 2106” markalı 20 BK 821 dövlət qeydiyyat nişanlı avtomaşınla Bərdə şəhəri Bakı küçəsində hərəkətdə olarkən 1938-ci il təvəllüdlü Quliyev Fazil Yadulla oğlunun idarə etdiyi “KamAZ” markalı 09 BG 030 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə “VAZ 2106” markalı avtomaşının sürücüsü Bəxtiyarov Raqif Tapdıq oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. “KamAZ”-ın markalı avtomobilin sürücüsü Quliyev Fazil Yadulla oğlu isə heç bir bədən xəsarəti almayıb.

Fakta görə Bərdə RPŞ İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 659

Oxşar yazılar