FHN çayda boğulan əsgərlə bağlı məlumat yaydı
13 sentyabr 2011 12:06 (UTC +04:00)

FHN çayda boğulan əsgərlə bağlı məlumat yaydı

0
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Tərtərçay çayının Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1992-ci il təvəllüdlü Əliyev Firdovsi Çingiz oğlunun axtarışları başa çatdırılıb.

F.Əliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:00-da başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 507

Oxşar yazılar