Günün tarixi
14 sentyabr 2011 08:00 (UTC +04:00)

Günün tarixi

0
786. Abbasi xəlifə Harun ər Rəşid hakimiyyətə gəlib

1769. Alman alim Humboldt anadan olub

1829. Ədirnə sülhü imzalanıb. Rus Osmanlı müharibəsi başa çatıb

1880. Görkəmli pedaqoq – yazıçı İbrahim bəy Musabəyov anadan olub

1918. Saat 20.30. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzalayıb

1920. Şeyx Məhəmməd Xiyabani öldürülüb

1933. Türkiyə Yunanıstan dostluq sazişi imzalanıb

1937. Keçmiş SSRİ-də “xalq düşmənləri”nin həbs müddəti qeyri müəyyən vaxta uzadılıb

1954. SSRİ. Orenburq poliqonunda bütün qoşun növlərinin iştirak etdiyi həqiqi atom bombası ilə ilk hərbi təlim keçirilib

1957. BMT sovet qoşununun Macarıstana girməsini pisləyib

1957. Şair Rüstəm Behrudi anadan olub

1960. Vyanada OPEK (Neft İxrac Edən Ölkələr Təşkilatı) fəaliyyətə başlayıb

1965. Rusiya prezidenti Dmitri Medvedev anadan olub

1984. Amerikan pilot Jozef Kittinqer tarixdə ilk dəfə hava şarında Sakit okeanı keçib

1991. Azərbaycan Kommunist Partiyasının fövqəladə XXXIII qurultayı keçirilib və partiya özünü buraxıb

1992. Şair Hüseyn Arif vəfat edib

1995. Azərbaycan “Sənaye mülkiyyətinin mühafizəsi haqqında Konvensiya” (20 mart 1883-cü il), “Patent kooperasiyası haqqında Müqavilə” (19 iyun 1970-ci il), “Nişanların beynəlxalq qeydiyyatı haqqında Saziş” (14 aprel 1891-ci il) və “İntellektual Mülkiyyətin Ümumdünya Təşkilatını təsis edən Konvensiya”ya (14 iyul 1967-ci il) qoşulub

1998. Bakıda Azərbaycan qadınlarının qurultayı işə başlayıb

2003. İsveçdə referendumda əhali vahid Avropa valyutasına keçidin əleyhinə səs verib

2003. Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri Andreas Qross və Martinas Kassan Bakıya gəlirlər

2004. “Məlumat bazalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası qanunu qəbul edilib

2004. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunu qəbul edilib

2006. İstanbulda türkdilli dövlətlərin xüsusi xidmət orqanları rəhbərləri konfransı keçirilib

2008. Moskva-Perm reysi ilə uçan “Boeing”in qəzaya uğraması nəticəsində 182 sərnişin və 6 ekipaj üzvü həlak olub. Həlak olanlar arasında Azərbaycan vətəndaşı İfrahim Naxumov, onun xanımı və 2 azyaşlı uşağı da olub.

Günün aforizmi:

“O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam”.
Rüstəm Behrudi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 783

Oxşar yazılar