Quba-Xınalıq yolunda içərisində 3 nəfərin olduğu “Uaz” aşıb
13 sentyabr 2011 15:37 (UTC +04:00)

Quba-Xınalıq yolunda içərisində 3 nəfərin olduğu “Uaz” aşıb

0
Sentyabrın 12-də Quba rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, qəza Quba-Xınalıq yolunun Qırızdəhnə kəndi ərazisində qeydə alınıb.

Quba rayon sakini Nəbi Məcidovun idarə etdiyi “Uaz” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ağır xəsarət alıb. Xəsarət alan şəxslər Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Quba rayon Haput kənd sakini, 1964-cü il təvəllüdlü Akif İsayev və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nabat İsayevanın vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır. Müstəntiq İbrahim Qədirov Lent.az-a hadisənin yüksək sürət və ehtiyatsızlıq ucbatından baş verdiyini deyib.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 805

Oxşar yazılar