Soğan yığmağa gedən işçilər qəzaya düşdü: 2 ölü, 18 yaralı
0
0
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Ağcabədi-Bərdə yolunda, Qaradolaq kəndi ərazisində “QAZ-53” markalı yük maşını aşıb. Nəticədə yük maşınında olan 2 nəfər ölüb, daha 18 nəfər yaralanıb. Ölən və yaralananların Bərdə sakinləri olduğu və əkin sahəsində soğan yığmağa getdiyi bildirilir.
Hazırda hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları gedib, araşdırma aparılır.
Nizam RZA
Hazırda hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları gedib, araşdırma aparılır.
Nizam RZA
0
0