Bakıda Rusiya vətəndaşlarından gözyaşardıcı qaz balonları götürülüb
15 sentyabr 2011 13:30 (UTC +04:00)

Bakıda Rusiya vətəndaşlarından gözyaşardıcı qaz balonları götürülüb

0
Sentyabrın 14-də DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən "Sədərək" ticarət mərkəzində 2 nəfəri saxlayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Məhiyəddin Seyidova məxsus mağazada Rusiya Federasiyasının vətəndaşları Əminad Mirzayeva və Sultanad Salamova aldıqları malların müqabilində ödədikləri 100000 rus rublunun saxta olduğu müəyyənləşdirilib. Hər iki şəxs saxlanılıb.

Sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ-nin 10-cu PB-nə təhvil verilən şəxslərin üstünə baxış zamanı 2 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 729

Oxşar yazılar