Xəzərin sahilində qoca balıqçının meyiti tapıldı
15 sentyabr 2011 16:34 (UTC +04:00)

Xəzərin sahilində qoca balıqçının meyiti tapıldı

0
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun yaxınlığında sahildə yaşlı kişi meyiti tapılıb. Yanında bir neçə balıqçı tilovu və diri balıqlar olan kişi meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.


Sonrakı araşdırmalar zamanı məlum olub ki, ölən şəxs Bakı şəhər Binəqədi rayon sakini, 1941-ci il təvəllüdlü Cəfərov Sulduz İbiş oğludur. İlkin ehtimala görə, 70 yaşlı balıqçı tilovları suya atıb gözləyərkən ürək tutmasından ölüb.

Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 564

Oxşar yazılar