BQXK nümayəndələri erməni hərbi əsirlərə baş çəkiblər
16 sentyabr 2011 11:13 (UTC +04:00)

BQXK nümayəndələri erməni hərbi əsirlərə baş çəkiblər

0
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova bildirib. Onun sözlərinə görə, onlara 4 “Qızıl Xaç” məktubu və şəkillər ötürülüb, onlardan isə 6 “Qızıl Xaç” məktubu alınıb.


Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.

Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Əsirlərdən Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzusunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 789

Oxşar yazılar