“musavat.com” saytının işində çətinlik yaranıb
16 sentyabr 2011 11:53 (UTC +04:00)

“musavat.com” saytının işində çətinlik yaranıb

0
“Yeni Müsavat” qəzetinin internet versiyası olan “musavat.com” saytının fəaliyyətində problem yaranıb. Saytın redaktoru Xalid Kazımlının Lent.az-a erdiyi məlumata görə, sayta süni girişlərin (attack) sayı xeyli artıb və bu səbəbdən səhifələrin açılmasına maneələr yaranıb.

Hazırda internet texnologiyaları mütəxəssisləri saytın normal fəaliyyətini bərpa etmək üçün işləyirlər. Həmçinin “musavat.com”un fəaliyyətinə süni maneə yaradan mənbə öyrənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1430

Oxşar yazılar