İsmayıllı rayonunda bankomat qarət olunub
17 sentyabr 2011 15:42 (UTC +04:00)

İsmayıllı rayonunda bankomat qarət olunub

0
Azərbaycan Beynəlxalq Bankının İsmayıllı rayonunun Basqal kəndində yerləşən bankomatı qarət olunub.


İsmayılı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədovun APA-ya verdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bankomatdan 70 min 600 manat pul aparılıb. Aparılan pulun bankomata dünən günorta köçürüldüyü bildirilib.

Məlumata görə, bankomat rayon İcra Hakimiyyətinin Basqal kənd icra nümayəndəliyinin və kənd ATS-nin binasının birinci mərtəbəsində yerləşir. Naməlum şəxslər binanın qapısını sındıraraq içəri girib, laqonda aparatı ilə kassanı kəsərək pulları çıxarıblar.
Hadisə barədə bu gün səhər saat 7.00 radələrində xəbər tutulub. Faktla bağlı İsmayılı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır, saxlanılan yoxdur.

Kəndin icra nümayəndəsi, ATS müdiri Polis Şöbəsində dindirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 875

Oxşar yazılar