Günün tarixi
20 sentyabr 2011 08:00 (UTC +04:00)

Günün tarixi

0
E.ə 480. Yunanlar fars qoşunu üzərində qələbə çalıb

1187. Səlahəddin Əyyubi Yerusəlimi ələ keçirib

1519. Ferdinand Magellan dünya səyahətinə başlayıb

1918. Sovet tarixi elminin iddialarına əsasən 26 Bakı komissarları Türkmənistanda Ağcaqum çölündə güllələnib. Lakin bununla bağlı ciddi şübhələr var

1920. İngiltərə və şah istibdadına qarşı 7 apreldə başlanan Xiyabani üsyanı amansızcasına yatırılıb. Üsyanın lideri Şeyx Məhəmməd Xiyabani qətlə yetirilib

1922. İtalyan və Fransız qoşunları Çanaqqalada məğlub olub

1928 Milli Məclisin sabiq sədri Murtuz Ələsgərov anadan olub

1932. Azərbaycan Milli Şurasının üzvü Aslan bəy Səfikürdski vəfat edib

1946. İlk Kann festivalı keçirilib

1951. Türkiyə NATO-ya üzv olub

1988. Ərk qalasında qılınan cənazə namazından sonra Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar Təbrizin Surhab məhəlləsindəki Məqbərətüş-Şüarada (Şairlər Qəbirstanlığı) dəfn olunub

1990. Separatçı Cənubi Osetiya respublikası “müstəqilliyini” elan edib. “Müstəqillik”
2008-ci ildə ilk dəfə Rusiya tərəfindən tanınıb

1993. Azərbaycan Parlamenti MDB-yə üzv olmaq bərədə qərar qəbul edib

1994. Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) arasında neft müqavilələri (Əsrin müqaviləsi) bağlanıb

2000. Azərbaycan və Türkiyə arasında müdafiə sənayesində əməkdaşlıq haqqında Müqavilə imzalanıb

2003. Referendum zamanı Litva əhalisinin 67 faizi Avropa Birliyinə daxil olmağın lehinə səs verib

2004. Naxçıvanda “Azərbaycanlıların soyqırımı mərkəzi” yaradılıb.

Günün aforizmi

“İgidlərin İran üçün şəhid olmuş, əvəzində,
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!”

Şəhriyar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 863

Oxşar yazılar