Bərdədə siçovullar 13 yaşlı məktəbliyə hücum ediblər
19 sentyabr 2011 13:59 (UTC +04:00)

Bərdədə siçovullar 13 yaşlı məktəbliyə hücum ediblər

0
Bu barədə APA-nın Qarabağ bürosuna sözügedən məktəbdə məskunlaşan köçkün ailələri məlumat veriblər. Dünən gecə isə, siçovullar yatılı halda olan 1998-ci il təvəllüdlü Muradov Orxan İsmixan oğluna xəsarət yetiriblər. Siçovullar 13 yaşlı Orxan Muradovun qulaq və baş nahiyəsini yaralayıblar. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralıya tibbi yardım göstərilib və ona quduzluq əleyhinə peyvənd vurulub. Məcburi köçkünlərin sözlərinə görə, məskunlaşdıqları binanın zirzəmisində, damında, divarların arasında gəmiricilər o qədər çoxalıb ki, onlara qarşı aparılan fərdi mübarizə heç bir nəticə vermir. Siçovul və siçanlar onlara məxsus ev əşyalarını, ərzaq məhsullarını sıradan çıxarırlar. Ən çox narahatlıq yaradan isə bu canlıların müxtəlif qorxulu yoluxucu xəstəliklərin daşıyıcı olmalarıdır.
Bərdə Profilaktik Dezinfeksiya Şöbəsinin rəisi İlyas Nəcəfov APA-nın Qarabağ bürosuna bildirib ki, bu barədə onlara heç bir müraciət olunmayıb. Həmçinin, bu qurum təsərrüfat hesablı olduğundan yalnız müqaviləli müştərilərə xidmət göstərilir: “Buna baxmayaraq, söhbət insan taleyindən getdiyi halda, bizim idarə məcburi köçkünlərə köməklik göstərməyə hazırdır. Amma onlar rəsmi müraciət etməlidirlər.”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1516

Oxşar yazılar