FHN leysan fəlakəti barədə rəsmi məlumat yaydı
19 sentyabr 2011 14:08 (UTC +04:00)

FHN leysan fəlakəti barədə rəsmi məlumat yaydı

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, son günlər respublikanın bəzi ərazilərində yağışlı hava şəraiti müşahidə olunub. Nəticədə Astara rayonu, Ərçivan kəndi ərazisindən keçən Ərçivan çayında suyun səviyyəsi artaraq məcrasından çıxıb, bəzi yaşayış evlərinə və təsərrüfat sahələrinə ziyan dəyib. Lənkəran rayonu, Osaküçə kəndi ərazisindən keçən Veravulçayda suyun səviyyəsi artıb, kənddaxili körpülər sel sularının təsirindən yararsız hala düşüb.

Lənkəran rayonu, Təngivan kəndində yağan güclü yağışlar Bəşəru çayda suyun səviyyəsinin artmasına səbəb olub. Həmin ərazidə bəzi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Hazırda qeyd olunan ərazilərdə nazirliyin və aidiyyəti qurumların qüvvələri müvafiq tədbirlər görülür. Çaylarda suyun səviyyəsinin aşağı endiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 799

Oxşar yazılar