Bakıda 72 yaşlı kişi intihar edib
21 sentyabr 2011 10:18 (UTC +04:00)

Bakıda 72 yaşlı kişi intihar edib

0
Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Q.Qarayev prospekti 2 ünvanında yerləşən doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yaşayan 1939-cu il təvəllüdlü Fərəcov Rüstəm Musa oğlu özünü öldürüb.


72 yaşlı R.Fərəcov özünü yaşadığı mənzildən atıb. Ağır xəsarət alan paytaxt sakini hadisə yerində ölüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, intihar edən şəxs xroniki xəstəlikdən əziyyət çəkirmiş.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 808

Oxşar yazılar