“Azəryolservis” ASC-nin avtomobili qəzaya uğradı: 1 ölü
21 sentyabr 2011 11:50 (UTC +04:00)

“Azəryolservis” ASC-nin avtomobili qəzaya uğradı: 1 ölü

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 20:15 radələrində Goranboy rayon sakini Təyyar Alıyevin idarə etdiyi “Azəryolservis” ASC-nə məxsus “Mitsubishi” markalı avtomaşının təkəri partlayıb.

Nəticədə T.Alıyev idarəetməni itirdiyindən avtomaşın yolun əks istiqamətinə çıxaraq, qarşıdan gələn Ağstafa rayon sakini Münasib Bəhrəmovun idarə etdiyi “Mercedes” markalı avtomaşına dəyərək aşıb. T.Alıyev aldığı xəsarətdən hadisə yerində ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar