Daha bir nişanlı faciəsi: 1 ölü, 1 yaralı
22 sentyabr 2011 10:38 (UTC +04:00)

Daha bir nişanlı faciəsi: 1 ölü, 1 yaralı

0
Sentyabrın 21-də Samux rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Gəncə-Karyer yolunda 1990-cı il təvəllüdlü Qasımov Elgün Knyaz oğlu idarə etdiyi “Mercedes 180” markalı avtomobili aşırıb.

Nəticədə 21 yaşlı sürücünün sərnişini, nişanlısı 1993-cü il təvəllüdlü Əliyeva Səmayə Rəhim qızı hadisə yerində ölüb. E.Qasımov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 625

Oxşar yazılar