Bakıda bazardan meyit tapıldı
23 sentyabr 2011 11:28 (UTC +04:00)

Bakıda bazardan meyit tapıldı

0
Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Köhnə Suraxanı qəsəbəsindəki bazarda naməlum kişi meyiti tapılıb. Bu barədə saat 02.00 radələrində polisə məlumat daxil olub və meyit 3 saylı Şəhər Xəstəxanasına aparılıb.

Sonrakı araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 68 yaşlı Məlikov İsrafil Əliağa oğludur. Üzərində zorakılıq əlamətləri olmayan yaşlı kişinin hansı şəraitdə bazara gəlib çıxması və ölüm səbəbləri araşdırılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar