Bakıda qanlı dava: 2 kişi öldü
26 sentyabr 2011 09:53 (UTC +04:00)

Bakıda qanlı dava: 2 kişi öldü

0
Sentyabrın 26-na keçən gecə Bakıda iki nəfərin ölümü ilə nəticələnən qanlı hadisə baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsindəki mənzillərdən birində 1967-ci il təvəllüdlü Nəsibov Məhəmməd Yaqub oğlu və 1958-ci ildə anadan olmuş Həsənov Yaqub İsmayıl oğlu sərxoş halda dava ediblər və bir birini bıçaqlayıblar. 44 yaşlı M.Nəsibov hadisə yerində ölüb.

Məlumata görə hadisə zamanı ağır yaralanan 53 yaşlı Y.Həsənov oğluna zəng vuraraq yanına çağırıb. Dərhal özün çatdıran oğul qan içindəki atasını xəstəxanaya aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 613

Oxşar yazılar