Bakıda silahlı insident: 1 ölü, 1 yaralı
17 iyul 2012 12:30 (UTC +04:00)

Bakıda silahlı insident: 1 ölü, 1 yaralı

0
Bakıda silahlı insident olub. İyulun 17-də gecə saat 3 radələrində Səbaıl rayon, Salyan şosesi 32-də yerləşən “Min bir gecə” istirahət mərkəzində silahlı insident baş verib.

Rayon polis Bölməsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs Xəzər rayonu Qala qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü Bayramov Ramal Abdulla oğluna odlu silahdan atəş açaraq onu qətlə yetirib. Daha sonra İmişli rayon sakini, 1985-ci il təvəllüdlü Mənsimov Səməd İbadət oğlunu ağır yaralayaraq, hadisə yerindən qaçıb.

Hadisənin törədən şəxsin axtarışları davam etdirilir. Faktla bağlı araşdırmalar aparılır.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1303

Oxşar yazılar