Oğuz rayonunda ağır qəza
19 iyul 2012 14:48 (UTC +04:00)

Oğuz rayonunda ağır qəza

0
İyulun 18-də saat 23.00 radələrində Oğuz rayonunun Dəymədərə kənd sakini İlqar Məmmədəliyevin idarə etdiyi “VAZ-2106” markalı və Bakı şəhər sakini Kamran Sultanovun idarə etdiyi "Chevrolet" markalı avtomaşınlar toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xəsarət almış İlqar Məmmədəliyev və sərnişinləri, Dəymədərə kənd sakinləri Nəzakət Daşdəmirova, Elsevər Daşdəmirov və onun qardaşı Cavid xəstəxanaya yerləşdiriliblər.

İlqar Məmmədəliyev orada ölüb. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1124

Oxşar yazılar