Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı cinayət işi başlandı
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Heydər Əliyev Mərkəzində baş verən yanğınla əlaqədar birgə açıqlama yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, bu gün saat 11-30 radələrində Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olub.
Dərhal hələlik səbəbi bəlli olmayan yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və maşın, mexanizm, helikopterləri cəlb edilməklə qarşısı alınıb, yanğının genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməyib.
Heydər Əliyev Mərkəzinin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib.
Eyni zamanda yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən xəsarət alan olmayıb. Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil ediliblər.
Yanğının baş vermə səbəbləri və araşdırmanın nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar yazılar
Həmkəndlisinə atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16