32 yaşlı kişi özünü bıçaqlayıb
27 iyul 2012 10:11 (UTC +04:00)

32 yaşlı kişi özünü bıçaqlayıb

0
Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1980-ci il təvəllüdlü Dadaşov Elman Bərxudar oğlu bıçaq xəsarəti ilə “Azərsutikinti” xəstəxanasına gətirilib.

İlkin müayinə zamanı yaralının qarın nahiyəsində daxilə nüfuz edən 1 bıçaq yarası aşkarlanıb. 32 yaşlı E.Bərxudarov polisə ifadəsində özü-özünü bıçaqladığını bildirib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1196

Oxşar yazılar