1 ailədən 3 nəfər bıçaqlandı -YENİLƏNİB
30 yanvar 2023 21:55 (UTC +04:00)

1 ailədən 3 nəfər bıçaqlandı-YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə  1993-cü il təvəllüdlü  Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və  1992-ci il təvəllüdlü Elnur  Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub. Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

***

21.42

Gəncədə  bir ailənin 3 üzvünün bıçaqlanmasını təfərruatları məlum olub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat yoldaşı yaşadıqları evdə bıçaqlayıb.

Hadisə Əlimərdanovlar ailəsinin yaşadığı Atatürk prospektində yerləşən evdə qeydə alınıb. Onun saxlanılması istiqamətində axtarışlara başlanıb. 
 

***

21.32

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur  Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

Hər üç zərərçəkənin  yaraları tikilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumta görə bıçaqlanan şəxslər bir ailənin üzvüləridir. Hadisəsin səbəbi məlum deyil.

# 2190
avatar

Oxşar yazılar

"Xan" 50 gün sonra sağ TAPILDI

"Xan" 50 gün sonra sağ TAPILDI

29 mart 2023 , 14:03
Ödəmə terminalından oğurluq etmək istədi, TUTULDU

Ödəmə terminalından oğurluq etmək istədi, TUTULDU

29 mart 2023 , 13:14
İlham İsmayılın oğlu saxlanıldı

İlham İsmayılın oğlu saxlanıldı

29 mart 2023 , 13:10
"Sədərək"də DAVA:  Qadını döydülər

"Sədərək"də DAVA: Qadını döydülər

29 mart 2023 , 12:53
13 kiloqramdan çox narkotik vasitəsi TAPILDI

13 kiloqramdan çox narkotik vasitəsi TAPILDI

29 mart 2023 , 12:39
İdmançı fitnes klubun  hovuzunda boğuldu

İdmançı fitnes klubun hovuzunda boğuldu

29 mart 2023 , 12:24
Azərbaycanlı dəstə başçısına 11 il həbs

Azərbaycanlı dəstə başçısına 11 il həbs

29 mart 2023 , 12:17
DİN əməliyyat keçirdi: 4 kilodan çox narkotik  aşkar edildi

DİN əməliyyat keçirdi: 4 kilodan çox narkotik aşkar edildi

29 mart 2023 , 11:47