12 supermarketdə  narkotik tərkibli banan   tapıldı
18 iyul 2025 17:48 (UTC +04:00)

12 supermarketdə narkotik tərkibli banan tapıldı

Danimarkada supermarketlərə kokainli bananlar gətirilib. Polis narkotiklərin ora necə gəldiyini araşdırır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Danimarkada on iki ərzaq mağazasında bananların arasında kokain tapılıb.

Şellan adasının bir neçə yerində Coop mağazalar şəbəkəsində gözlənilməz tapıntılar qeydə alınıb.

Polisin məlumatına görə, külli miqdarda kokain müsadirə edilib, lakin istintaq davam etdiyi üçün ələ keçirilən kiloqramların dəqiq sayı açıqlanmır.

Araşdırmada Avropa polis təşkilatı Europol da iştirak edir.

Polisin avtomobilində bir kiloqram kokain aşkarladığı Coop əməkdaşının həbs edildiyi də bildirilir. Amma bu tapıntının supermarketlərdəki kokainlə bağlı olub-olmadığı hələ məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar