Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı, xəsarət alanlar var
26 iyul 2026 03:00 (UTC +04:00)

Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı, xəsarət alanlar var

0

Naxçıvanda təcili tibbi yardım avtomobilinin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

Qəza zamanı "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə "Chery" markalı avtomobil toqquşub və təcili tibbi yardım avtomobili aşıb.

Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan 3 nəfər və digər avtomobildə olan sürücü xəsarət alıb.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar