Milli Yaylaq Festivalında səhnə uçdu, yaralananlar var - YENİLƏNİB
25 iyul 2026 21:52 (UTC +04:00)

Milli Yaylaq Festivalında səhnə uçdu, yaralananlar var - YENİLƏNİB

0

Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnənin uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1998-ci il təvəllüdlü A. Oruci, 1997-ci il təvəllüdlü V. Məmmədov, 1980-ci il təvəllüdlü S. Məmmədova, 2018-ci il təvəllüdlü D. Fətullayeva və 1968-ci il təvəllüdlü H. Fətullayeva xəsarət alıblar.

***

19:33

Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnə uçub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Milli Yaylaq Fevralının keçirildiyi Xan Yurdu adlan ərazidə qeydə alınıb. Səhnənin uçması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1192

Oxşar yazılar