Çinin Çonqinq şəhərində iki yaşlı uşaq ehtiyatsızlıqdan yaşayış binasının 20-ci mərtəbəsinin eyvanından yıxılaraq sağ qalıb.
APA xəbər verir ki, bu barədə Singtao qəzeti məlumat yayıb.
Məlumata görə küçədəki ağac və ot örtüyü uşağın sağ qalmasında rol oynayıb. Buna baxmayaraq, o çoxsaylı xəsarətlər və sınıqlar alıb.
Hadisədən sonra uşaq mühafizəçi tərəfindən götürülüb. O, təcili yardımın gəlməsini gözləməyin mümkünsüz olduğuna qərar verib və uşağı qucağında hadisə yerindən 800 metr aralıda yerləşən yaxınlıqdakı xəstəxanaya aparıb. Kişi zərərçəkmişi polisə təhvil verib, polis onu tibb müəssisəsinə çatdırıb.
Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, təcili yardım göstərildikdən sonra uşağın həyati göstəriciləri stabilləşib. Onlar qeyd ediblər ki, asayiş keşikçisinin vaxtında gördüyü tədbirlər nəticəsində uşağı xilas etmək mümkün olub.