Şirvanda 20 yaşlı qızı avtomobil vurub.
Lent.az-ın məlumatına görə, hadisə Şirvan şəhəri 1 may küçəsində qeydə alınıb.
Minik avtomobili Şirvan sakini, 2001-ci il təvəllüdlü Quliyeva Günel Təhsin qızını vurub. Nəticədə o, kəllə-beyin travması ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.