Sosial şəbəkələrdə onlayn mağazaların FIRILDAQÇILIĞI  - Pulu qaytarmırlar
20 iyun 2025 16:33 (UTC +04:00)

Sosial şəbəkələrdə onlayn mağazaların FIRILDAQÇILIĞI - Pulu qaytarmırlar

İnstaqramda xaricdən məhsul gətirən onlayn mağazadan məhsul sifariş etdim, amma nə o gəldi, nə də pulum geri qaytarıldı”.

Son zamanlar onlayn fəaliyyət göstərən bu cür qeyri-rəsmi “butik”lərdən şikayətlər səslənir. Xüsusilə, “poçta verildi, izləmə kodu yoxdur”, “gömrükdə qaldı”, “biz vasitəçiyik, məsuliyyət daşımırıq” kimi bəhanələrlə günlərlə, hətta aylarla müştərilə yubadılır və aldadılır.

Bu dələduzluq ticarəti ilə məşğul olanların sosial şəbəkələrdə izləyiciləri də nə aləmsə, çox olur. Saxta izləyici, müsbət müştəri rəyləri, geridönüşlər və bazardan dəfələrlə ucuz qiymətlər təəssüf ki, alıcıların gözlərindən pərdə asır. 

Nə məhsul gəldi, nə pul qayıtdı

Kart məlumatlarınız oğurlana bilər - Xəbərdarlıq

Şikayətçilərdən biri instaqramda xaricdən ucuz qiymətə onlayn məhsul satan mağazalardan birinə 7 kosmetik məhsul üçün 500 manatdan çox ödədəyini, lakin 3 ay keçməsinə baxmayaraq, məhsulun ona gəlmədiyini deyir:

"Marka endirimi zamanı 7 ədəd məhsula 534 manat ödədim. Sifarişin üzərindən artıq 3 ay keçsə də, mən onları təhvil ala bilməmişəm. 

Şikayətimi bildirdikdə, tək kəlmə ilə “gömrük saxlayıb” deyirlər. Amma gömrükdən çıxarmaq üçün nə addım atılır, nə də mənə rəsmi cavab verilir. 

Dəfələrlə mesaj yazsam da, cavab verilmir, pulumu tələb etdiyim halda da reaksiyasız qalırlar. Əvvəl anlayışla qarşılamaq və səbirlə gözləmək istədim. Amma artıq aydındır ki, bu səhifə alıcıları insanları aldatmaqla məşğuldurlar” 

Poçta verilmə çekini göndərməyib, məsələdən boyun qaçırırlar

Digər şikayətçi isə başqa bir onlayn mağazadan geyim sifariş etdiyini və onun poçtla ünvana çatdırılmasını istəyib. Mağaza müştərinin istəyini təsdiqləsə də, sonra məsuliyyəti üzərindən atıb.

“Mesaj yazıb dəfələrlə bildirdim ki, geyim harada qaldı? İndiyə qədər mənə gəlib çatmalı idi. Lakin onlayn mağaza bildirdi ki, biz onu poçta təqdim etmişik, artıq məsuliyyət daşımırıq. Amma mənə heç poçta verilmə ilə bağlı çek də göndərilmədi. Hansı ki, o çekdə izləmə kodu var idi.

Bildirdim ki, poçt yalnız izləmə kodu ilə məhsulu müəyyənləşdirir və mənə oradan zəng gəlməyib. Amma nə fayda, mağaza suallarımı cavabsız qoydu”. 

Görünən odur ki, vədlərə inanıb, evdə, işdə oturaraq rahat məhsul, geyim sifariş edən çox sayda insan var. Lakin artıq aldanmaq adi hala çevirilib.

Bəs bu halda müştəri, zərərçəkmiş haqqını necə tələb etsin? 

E-qanun.az saytı hüquqi aktlara çevik və daha rahat şəkildə əlçatanlığı  təmin edir

Elektron ticarət haqqında qanunun əsasən, satıcı alıcını aldadırsa, satıcı müştərini aldadırsa, bu zaman o qanun qarşısında cavabdehdir:

Əgər bu fırıldaqçılıq məqsədilə edilibsə , məsələn, pul alıb mal göndərməyibsə, cinayət məsuliyyəti yarada bilər. Satıcı ödənilən pulu geri qaytarmalı və ya malı göndərməlidir. Əks halda, hüquqi tədbir görülə bilər.

Bəs sosial şəbəkədə fəaliyyət göstərən onlayn mağazalar bu qanuna aidirlər?

Ticarətlə məşğul olan sosial şəbəkələr vergi qeydiyyatında deyilsə, müştəriyə ödəniş qəbzi və ya müqavilə vermirsə və faliyyəti qeyri-rəsmi aparırsa, qanuna tam şəkildə tabe olmur.

Lakin hər bir halda dələduzluqla qarşılaşmış şəxslər müvafiq qurumlara müraciət edib, hüquqlarını bərpa edə bilərlər.

Zərərçəkmiş qisminə düşməmək üçün nəyə diqqət etməli?

Elektron Ticarət | Bloq | WEB.Com.Az

Rəsmi saytlardan və ya VÖEN-lə qeydiyyatda olan mağazalardan alış-veriş edin.

Əgər seçim varsa, ödənişin bir qismini məhsulu əldə etdikdən sonra edin.

Satıcıdan mütləq izahat istəyin. Onun adını ünvanını, əlaqə nömrəsini və VÖEN məlumatlarını əldə edin. 

Öncədən bütün neqativ hallarla bağlı satıcıya sual verin. “Məhsul gömrükdə qalarsa, yardımçı olacaqsınız?”, “Poçta verilmə zamanı çeki göndərəcəksiniz?”, “Ölçü və ya modeldə fərq olarsa, ödənişi geri ödəyəcək, yaxud yenisini sifariş edəcəksiniz?”, kimi suallarla sonra yarana biləcək bütün aldadılma hallarının qarşısını almaq olar.

Aldadıldığınız halda isə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi idarəsinə müraciət edin. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar